Azərbaycan və Səudiyyə Ərəbistan "yaşıl enerji"yə keçid sahəsində davam edən layihələr və potensial addımlar istiqamətində birgə fəaliyyəti nəzərdən keçiriblər.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr energetika naziri Pərviz Şahbazovla birlikdə Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səud ilə videokonfrans formatında keçirilən görüşdə baş tutub. Tərəflər energetika sahəsində fəal əməkdaşlığın dəstəklənməsi barədə fikir mübadiləsi aparıb.
Azərbaycan Qazaxıstanla Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasını müzakirə edib
Kartdan-karta köçürmələrə limit tətbiqi kiberdələduzluq riskini azalda biləcəkmi? - RƏY
Yelo Taksit kartında komissiyasız nağdlaşdırma və köçürmə kampaniyası uzadıldı!