08 iyul 2024 17:29
289

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Şamaxıda vətəndaşlarla görüş keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elvin Məmmədov iyulun 12-də publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Gənclər küçəsi, 22A) Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşəcək.

"İki sahil" Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, saat 11:00-dan etibarən keçiriləcək görüşdə vətəndaşların daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciətləri dinləniləcək.

Görüşdə iştirak etmək istəyənlər 14 saylı Şamaxı Ərazi İdarəsinə (telefon: (020) 26-5-01-07 (daxili 10) və 050-571-46-41) və 14 [email protected] elektron ünvana müraciət edə bilərlər.