Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında "yaşıl maliyyə" taksonomiyasının hazırlanması müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"IFC-nin iqlim məsələləri üzrə qlobal direktoru Cemi Fergüsson ilə görüşdən məmnun olduq. Görüşdə COP29 və yaşıl maliyyə üzrə hədəf və öhdəliklər, eləcə də dayanıqlı maliyyə üzrə əlverişli mühitin formalaşdırılması və taksonomiyanın hazırlanmasında əməkdaşlıq məsələlərini müzakirə etdik, dayanıqlı iqtisadiyyata keçid istiqamətində gördüyümüz tədbirlər ətrafında fikir mübadiləsi apardıq. İki qurum arasında qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlıq perspektivləri də nəzərdən keçirildi", - deyə o qeyd edib.
Azərbaycan Qazaxıstanla Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasını müzakirə edib
Kartdan-karta köçürmələrə limit tətbiqi kiberdələduzluq riskini azalda biləcəkmi? - RƏY
Yelo Taksit kartında komissiyasız nağdlaşdırma və köçürmə kampaniyası uzadıldı!