Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun 2 əməkdaşı - Azər Əsgərov və İlqar Ağamirovun qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilib.
Bu barədə "İki sahil"ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, onlara Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş Fəxri fərmanlar təqdim edilib.
Baş Prokurorluqda görüş zamanı Azər Əsgərov və İlqar Ağamirovun prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyəti, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlər qeyd edilib.
Azər Əsgərov və İlqar Ağamirov göstərilən diqqətə görə minnətdarlığını bildirib, tədbir iştirakçıları ilə xatirələrini bölüşüb.
Sonda xatirə fotoşəkli çəkilib.
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
Şəhərlərin qarşısında duran əsas çağırışlardan biri təhlükəsizlik məsələsidir - Nazir müavini