SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 7 tələbəsi İspaniyanın Leon Universitetində təşkil olunan virtual mübadilə proqramına seçilib.
“İki sahil” xəbər verir ki, onlar İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri Anar Bastanov, Nigar Abaslı, Proseslərin avtomatlaşdırılması ixtisasının tələbələri Əvəz Əsgərov, Turqay Qənbərov, Fateh Məmmədli, Fidan Kərimli, eləcə də Kimya mühəndisliyi ixtisasınının tələbəsi Fatimə Nəsirovadır.
Proqramı uğurla başa vuran tələbələrə sonda Leon Universiteti tərəfindən diplomlar təqdim olunub.
Proqram ilk dəfə Azərbaycanda, məhz BANM-də tətbiq olunub. Təşəbbüs isə İngilis dili və humanitar fənnlər mərkəzinin baş müəllimi Nurlana İmanovadan gəlib.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO