12 iyul 2024 14:13
279

Nistelroy rəsmən "Mançester Yunayted"də

PSV-nin sabiq baş məşqçisi Ruud van Nistelroy "Mançester Yunayted"in məşqçilər heyətinə qoşulub.

 

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, o, baş məqçisi Erik Ten Haqın köməkçisi təyin olunub. Mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nistelroy futbolçu karyerası ərzində 2001-2006-cı illərdə "Mançester Yunayted"də oynayıb.