14 iyul 2024 15:50
249

Peskov: Rusiya ABŞ seçkilərinə müdaxilə etmir

Rusiya prezidentinin mətbuat katibi: “Mühakimə etmək bizim işimiz deyil, bu, ABŞ-ın daxili işidir”

"ABŞ-da gələcək prezident seçkilərinin nəticələrinin legitimliyi Birləşmiş Ştatların özlərinə aid olan məsələdir, Rusiya buna qarışmır".

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidentliyinə mümkün namizəd Donald Trampa sui-qəsdin 2024-cü il seçkilərinin nəticələrinin legitimliyinə təsir edib-etməməsi sualını cavablandırarkən deyib.

Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi yaralanıb - VİDEO

“Mühakimə etmək bizim işimiz deyil, buna qarışmaq istəyimiz yoxdur, bu, ABŞ-ın daxili işidir”, - Kreml nümayəndəsi bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”