14 iyul 2024 16:16
477

Trampa sui-qəsdə cəhd edən Kruks kimdir?

Onun qeydiyyatdan keçmiş respublikaçı olduğu və Demokratik qrupa ianə verdiyi müəyyən edilib

ABŞ-ın keçmiş prezidenti Donald Trampa seçki mitinqi zamanı sui-qəsd cəhdi edən və hadisə yerində öldürülən 20 yaşlı Tomas Metyu Kruks üzvlərin partiyanın prezidentliyə namizədi olmaq istədikləri şəxsə səs verə biləcəyi qapalı praymerizlərdə iştirak etməyə imkan verən sistemdə Respublikaçı kimi qeydə alınıb, lakin daha əvvəl Demokratik qrupa ianə verdiyi müəyyən edilib.

“İki sahil” xəbər verir ki, CNN-in məlumatına görə, mitinq yerindən təxminən 56 km cənubda, Pittsburq şəhərinin ətrafındakı “Bethel Park”da yaşayan Kruks, Pensilvaniya seçici məlumat bazasında Respublikaçı kimi siyahıya alınmasına baxmayaraq, 2021-ci ildə "Progressive İştirakçı Layihəsi" adlı Demokratik siyasi fəaliyyət komitəsinə 15 dollar bağışlayıb.

Hücum edənin atası Metyu Kruks rəsmilərlə görüşənə qədər oğlu haqqında danışmayacağını bildirib.

Trampın mitinqi zamanı atəş açılıb,

siyasətçi yaralanıb - VİDEO

Xatırladaq ki, ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Donald Tramp Pensilvaniya ştatında keçirilən mitinqdə tribunadan tərəfdarları qarşısında çıxış edərkən silahla hücuma məruz qalıb.

Sağ qulağından yaralanan Trampın səhhətinin yaxşı olduğu bildirilib.

Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

“The Federalist”: ABŞ rəsmiləri sui-qəsd cəhdindən əvvəl

Trampın təhlükəsizliyi gücləndirmək tələbini rədd edib

ABŞ Məxfi Xidməti mitinq sahəsinin kənarındakı yüksək yerdən kürsüyə qədər dəfələrlə atəş açan hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) hücumu sui-qəsd cəhdi kimi qiymətləndirib.

Araşdırmalardan sonra FTB sui-qəsdə cəhd edən və hadisə yerində öldürülən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb.

Xəbər verdiyimiz kimi, “The Federalist” jurnalı yazıb ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) son həftələrdə keçmiş prezident Donald Trampın məxfi xidmətdən təhlükəsizliyini artırmaq tələbi rədd edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”