14 iyul 2024 21:00
260

Rusiyada 3 hektarda başlayan meşə yanğınının sahəsi 51 hektara çatıb

Rusiyanın Krasnodar diyarındakı Durso ferması ərazisində baş verən yanğının sahəsi 51 hektara çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə rayon üzrə Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

TASS-ın məlumatına görə, Novorossiyskdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bildirilib ki, yanğın bəzi ərazilərdə 17 m/s-ə çatan güclü külək nəticəsində çətinləşib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası meşə yanğınını söndürərkən 75 ton su buraxıb. “Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası meşə yanğını zonasında işlərini davam etdirir”, - deyə mətbuat xidməti bildirib.

Krasnodar diyarındakı Durso fermasının ərazisində yanğın iyulun 14-də günortadan sonra başlayıb. Məlumata görə, meşə və otları bürüyən yanğının sahəsi 3 hektar olub. Sonralar yanğının əhatə dairəsi genişlənib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”