İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah"ın silahlı birləşmələrinin mövqelərinə yeni hücumlar həyata keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumların hədəfi Ayt əş-Şaab, Bəni Həyyan və Meys əl-Cəbəl qəsəbələrindəki infrastruktur olub: “Bundan əlavə, Livanın cənubundakı Hula kəndi ərazisində Hizbullahın hərbi strukturuna zərbələr endirilib”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”