"Kəpəz" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Klubdan “İki sahil”ə verilən məlumata görə, "sarı-göylər" Tural Rzayevlə anlaşıb.
Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi ilə komanda arasında "1+1" illik sözləşmə imzalanıb.
Qeyd edək ki, "Kəpəz" daha əvvəl Yeqor Xvalko, Elmir Tağıyev, Ehtiram Şahverdiyev, Əli Səmədov və Vurğun Hüseynovla başa çatan müqavilə müddətini yeniləyib.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir