18 iyul 2024 23:09
716

“Zirə” penaltilər seriyasında “Şerif”ə məğlub olaraq Avropa Liqası ilə vidalaşıb

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçı start götürüb.

“İki sahil” xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da keçirilir.

Görüşü qazaxıstanlı Bulat Sariyev idarə edir.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn “Zirə” və Moldovanın “Şerif” komandaları arasındakı cavab oyununda hesab açılıb.

“İki sahil” xəbər verir ki, Mərdəkanda yerləşən “Dalğa Arena”da keçirilən görüşün 5-ci dəqiqəsində Rafael Utziq komandamızı önə keçirib.

Matçı qazaxıstanlı hakim Bulat Sarıyev idarə edir.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüş “Zirə”nin 1:0 hesablı üstünlüyü ilə bitib.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında ikinci qol vurulub.

"Dalğa Arena"dakı matçda qonaqlar hesabı bərabərləşdirib - 1:1.

54-cü dəqiqədə Əyyub Allaş "status-kvo"nu bərpa edib.

"Qartallar" görüşün ikinci hissəsini 10 nəfərlə davam etdirir. Rəşad Sadıqovun komandasının heyətində 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn “Zirə” və Moldovanın “Şerif” komandaları arasındakı cavab oyunu başa çatıb.

Mərdəkanda yerləşən “Dalğa Arena”da keçirilən görüşün 120 dəqiqəsi rəqibin 2:1 hesablı üstünlüyü ilə bitdiyi üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq oynayan “Şerif” növbəti mərhələyə vəsiqə qazanıb - 5:4. Komandalar arasında baş tutan ilk görüş “Zirə”nin 1:0 hesablı üstünlüyü ilə bitmişdi. “Zirə” mübarizəsinə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.