Çexiya hökuməti yeni atom elektrik stansiyalarının tikintisi üçün Fransanın “Électricité de France” (EDF) şirkətinin təklifini rədd edib.
“İki sahil” xəbər verir ki, bu barədə Baş nazir Petr Fiala bildirib. Vurğulanıb ki, tikinti üçün Koreyanın KHNP (Korea Hydro & Nuclear Power) şirkəti ilə razılıq əldə olunub.
İlkin tenderdə Dukovanı zavodunda iki reaktorun, Temelində əlavə iki reaktorun tikintisi nəzərdə tutulurdu. Bununla belə, Çexiya hökuməti sonda yalnız Dukovanıda yalnız iki blok tikmək qərarına gəlib. Temelin seçiminin Koreya qrupu ilə gələcəkdə müzakirə ediləcəyi bildirilib.
KHNP-nin təklif etdiyi qiymət iki reaktorun hər biri üçün təxminən 200 milyard Çexiya kronudur (7,91 milyard avro). Layihədə Çexiya sənayesinin 60 faiz iştirakla cəlb olunması əsas amil olub.
Qeyd edək ki, 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi, KHNP-nin EDF-i qabaqlaması ilk hal deyil. EDF tenderdə iştirak etmək üçün genişmiqyaslı komandalar səfərbər etmiş, eləcə də Fransanın nüvə təchizat zəncirini gücləndirməyə ümid edirdi. Layihənin uğursuzluğu EDF-i son dərəcə məyus edib. EDF tenderin qalibi olacağı halda “Framatome”, “Arabelle Solutions” və “Bouygues” kimi tərəfdaşlara müqavilələr verməli idi.
EDF-ə yaxın mənbə strateji layihə üçün Avropa texnologiyasının seçilməməsindən təəssüflənir. Qeyd olunur ki, bu uğursuzluq digər Avropa ölkələrinin nüvə enerjisinin yenidən işə salınması ilə bağlı qərarlarına təsir göstərə bilər.