Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət millisi Avropa çempionatında bu gün növbəti matçına çıxacaq.
“İki sahil” xəbər verir ki, ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda 17-20-ci yerlər uğrunda pley-off mərhələsinin ilk oyununda İsveçrə ilə qarşılaşacaq.
Rumıniyadakı "Piteşti Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, milli 17-20-ci yerlər uğrunda İsveçrə ilə yanaşı, Albaniya, Moldova və Ermənistan yığmaları ilə mübarizə aparacaq.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir