Gürcüstan 2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycana 120,69 milyon dollar dəyərində 6 335 ədəd avtomobil ixrac edib.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 7 871 ədəd və ya 2,24 dəfə, dəyəri isə 105,4 milyon dollar və ya 1,87 dəfə azdır.
Ötən ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycana 226,1 milyon dollar dəyərində 14 206 ədəd avtomobil ixrac edib.
Cari ildə avtomobil ixracı Gürcüstanın əsas ixrac istiqaməti olub. Bu ilin birinci yarısında Gürcüstan ümumilikdə 933,93 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 5,7% azdır.
Aİ qaz idxalının təsdiqi qaydalarını yumşaldır, Azərbaycan və Rumıniya üçün yeni imkanlar yaranır
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Azərbaycan 2 ayda Türkiyədən geyim idxalına 9,5 milyon dollara yaxın vəsait xərcləyib