“Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan paracüdoçuları bəlli olub.
“İki sahil” xəbər verir ki, yarışda qadınlar arasında Xatirə İsmiyeva (J1, +70 kiloqram) və Dürsədəf Kərimova (J2, +70 kiloqram), kişilərdə isə İlham Zəkiyev (J1, +90 kiloqram) tatamiyə çıxacaq.
D.Kərimova və İ.Zəkiyev dünya reytinqindəki mövqelərinə əsasən Paralimpiya Oyunlarına lisenziya qazanıblar.
X.İsmiyevaya isə Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir