"Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.
“İki sahil” klubun mətbuat ximətinə istinadən xəbər verir ki, albaniyalı Redon Mihana Gəncə təmsilçisinə keçib.
25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb. Mihana yarımmüdafiənin hər iki cinahında oynaya bilir. Karyerasında ilk dəfə legioner həyatı yaşayan futbolçu son olaraq ölkəsinin "Erzeni" klubunda çıxış edib. Mihana Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.
Qeyd edək ki, "Kəpəz" bu yay Elmir Tağıyev, Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov və Lassana Ndiayeni də transfer edib.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir