22 iyul 2024 08:37
320

Amasyada nəqliyyat anbarında yanğın olub

Türkiyədə nəqliyyat şirkətinə məxsus anbarda yanğın baş verib. Binanı əhatə edən alov yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.

“İki sahil” xəbər verir ki, hadisə Amasyada baş verib. Bildirilib ki, binanı əhatə edən alov çətinliklə söndürülüb, mebel materiallarına ziyan dəyib.

Məhəllə sakinləri anbarın qarşısında dayanan yük avtomobilini yanmaqdan xilas ediblər. Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”