"Barselona"nın futbolçusu Ronald Arauxo dekabra qədər yaşıl meydanlardan uzaq qalacaq.
“İki sahil” "AS" nəşrinə istinadla xəbər verir ki, Uruqvay millisinin üzvü Amerika kubokunun 1/4 finalında Braziliya ilə matçda zədə aldığı üçün dizindən əməliyyat olunub.
Qeyd edək ki, Arauxo milli komandanın heyətində daha əvvəl də zədə almışdı. Ona 2022-ci ildə İranla yoldaşlıq oyunundan sonra vətərinin qopması diaqnozu qoyulmuşdu.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir