23 iyul 2024 08:03
224

Nazir "Paris-2024"ə yollanan idmançılarımıza inanır

"Azərbaycanı Olimpiya oyunlarının 15 idman növündə 48 idmançı təmsil edəcək".

“İki sahil” xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov "Paris-2024" Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Olimpiya komandasının üzvləri üçün təşkil olunan yolasalma mərasimi zamanı jurnalistlərə deyib.

O, Fransa paytaxtında keçiriləcək yarışda Azərbaycan idmançılarına inandığını bildirib: "Ümid edirəm ki, onlar bizi layiqincə təmsil edəcəklər. Ən əsası, üzərlərindəki həyəcan hissini atmalıdırlar. Azərbaycan idmançıları üçün atletlər kəndində hər bir şərait yaradılıb. Sadəcə olaraq, azarkeşlərin dəstəyi önəmlidir. Bütün idmançılarıma uğurlar arzulayıram".

Azərbaycan komandasının yarışdakı bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaqlar.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.