Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq.
“İki sahil” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqdə "Linkoln"la qarşılaşacaq.
Bakı vaxtı ilə 20:00-da başlayacaq görüşün baş hakimi İştvan Vad (Macarıstan) olacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
20:00. "Linkoln" - "Qarabağ"
Baş hakim: İştvan Vad (Macarıstan)
Cəbəllütariq, “Europa Point Stadium”.
Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir