Azərbaycan gimnastları Belarusun Minsk şəhərində keçiriləcək bədii gimnastika üzrə “Crystal Rose - Grand Prix - Helen Valery” adlı beynəlxalq turnirdə iştirak edəcək.
“İki sahil” Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda Mədinə Zaxarovanın rəhbərliyi altında Şəms Ağahüseynova (böyüklər), Zəhra Cəfərova (gənclər), Azadə Atakişiyeva (yeniyetmələr), Nur Sadıqova (yeniyetmələr) mübarizə aparacaq.
Səbinə Hacıyeva isə hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Crystal Rose - Grand Prix - Helen Valery” iyulun 26-dan 28-nə qədər keçiriləcək.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir