23 iyul 2024 14:24
236

Meksika yığmasının yeni baş məşqçisi müəyyənləşdi

Meksika yığmasının yeni baş məşqçisi müəyyənləşib.

“İki sahil”  Meksika Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Xavyer Aqirreyə tapşırılıb.

Onun köməkçisi isə "Barselona"dan ayrılan Rafael Markes olub.

Qeyd edək ki, 65 yaşlı mütəxəssis əvvəllər İspaniyanın "Malyorka", "Leqanes", "Atletiko", Meksikanın "Monterrey", Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vahda" klublarında, həmçinin Misir və Yaponiya yığmalarında çalışıb.