Vladimir Zelenski Varşavada Macarıstan hökumətinin başçısı Viktor Orbanın Kiyevdə olarkən ona Moskvaya səfər planları barədə xəbərdarlıq etməməsindən şikayətlənib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk hökumətin iclasından sonra jurnalistlərlə görüşündə danışıb.
“Zelenskinin NATO sammitindən əvvəl Varşavada mənə söylədiyi hər kəs üçün çox xoşagəlməz sürpriz oldu. Məsələ burasındadır ki, baş nazir Orban Kiyevdə olarkən və onunla üz-üzə danışarkən tezliklə Moskvaya gedəcəyini deməyi “unudub”, - deyə, Tusk bildirib.