24 iyul 2024 20:45
288

Bakıdan sərfəli nəticə ilə dönmək istəyirik - Xisko Munoz

"Zirə"nin səviyyəli rəqib olduğunu bilirik.

“İki sahil” xəbər verir ki, bunu "DAK 1904”ün (Slovakiya) baş məşqçisi Xisko Munoz UEFA Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Zirə"ylə oyun öncəsi mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis ilk matçda qalib gəlmək istədiklərini bildirib:

"Zirə"nin səviyyəli rəqib olduğunu bilirik. Əvvəlki matçlarını izləmişik. Çalışacağıq ki, öz oyun üslubumuzu göstərək. Bakıdan sərfəli nəticə ilə dönmək istəyirik".

X.Munoz Bakıda məşqə çıxmamaqlarının səbəblərindən danışıb: "Dalğa Arena"da məşqə çıxmalı idik. Lakin qrafikimizdə müəyyən dəyişiklik oldu. Bu səbəbdən oyun öncəsi son məşqimizi öz meydanımızda keçirdik.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutacaq "Zirə" - "DAK 1904" görüşü iyulun 25-də, saat 20:30-da “Dalğa Arena”da start götürəcək.