25 iyul 2024 00:17
279

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. 

“İki sahil” xəbər verir ki,  “Qarabağ”ın potensial rəqibləri olan “Ludaqorets” (Bolqarıstan) və “Dinamo” (Minsk, Belarus) komandaları üz-üzə gəlib.

Görüş bolqarların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu bir həftə sonra baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” “Linkoln”u (Cəbəllütariq) keçərsə, növbəti mərhələdə bu cütün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk görüşdə 2:0 hesabı ilə qalib gəlib.