25 iyul 2024 13:58
491

Yaylagül Ramazanova sıralama turunu 39-cu yerdə başa vurub

Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayıb.

“İki sahil” xəbər verir ki, kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayıb.

Sıralama turuna 30-cu cütdə başlayan təmsilçimiz 647 xalla 39-cu yeri tutub.

Y.Ramazanova 1/32 finalda Quxuan Anla (Çin) qarşılaşacaq. Onun rəqibi sıralama turunu 656 xalla 26-cı pillədə başa vurub.

1/32 final görüşləri iyulun 30-da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.