Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Oruba" ilə yoxlama oyunu ləğv edilib.
“İki sahil” Bakı klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, bua rəqibin matçdan imtina etməsi səbəb olub.
Əvəzində “Neftçi” ikitərəfli oyun keçirəcək.
Qeyd edək ki, Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Ərzurumspor” (0:0) klubları ilə sınaq matçında qarşılaşmış komanda toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir