25 iyul 2024 21:56
279

Konfrans Liqası: “Sumqayıt” cütün ilk oyununda Macarıstan klubuna məğlub olub

“Sumqayıt” komandası UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, “kimyaçılar” doğma meydanda Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 20-ci dəqiqədə “Sumqayıt”ın heyətində Səbuhi Abdullazadə açsa da, rəqibin heyətində 39-cu dəqiqədə Tobias Kristensen və 52-ci dəqiqədə Csaba Spandler fərqlənərək qələbəni gətiriblər.

Komandalar arasında cavab oyunu iyulun 31-də keçiriləcək.