UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Makkabi" (Hayfa, İsrail) - "Sabah" matçında üçüncü qol vurulub
“İki sahil” xəbər verir ki, Macarıstandakı "Varkert" stadionunda bakılılar 3:0 hesabı ilə önə keçib.
Final fitinə 2 dəqiqə qalmış Xəyal Əliyev fərqlənib.
***
“Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
“Tələbələr” Macarıstanda İsrailin “Makkabi” (Hayfa) komandasının qonağı olub. Görüş təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Sabah”ın heyətində qolları Şafranko, Cesse Sekidika və Xəyal Əliyev vurublar.
Komandalar arasında cavab oyunu avqustun 1-də Bakıda keçiriləcək.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir