26 iyul 2024 14:53
254

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

İspaniyanın "Real Madrid" və İtaliyanın "Atalanta" komandaları arasında keçiriləcək UEFA Superkuboku matçını idarə edəcək hakim açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma isveçrəli Sandro Şörerə həvalə edilib.

Qeyd edək ki, avqustun 14-də Polşanın Varşava şəhərində baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.