"Arsenal" PSJ-nin yarımmüdafiəçisi Fabian Ruisi transfer etmək istəyir.
"İki sahil" goal.com-a istinadən xəbər verir ki, London təmsilçisi 28 yaşlı futbolçunun mümkün transferi ilə bağlı Fransa klubu ilə danışıqlara başlayıb.
Ruis 2022-ci ildən PSJ-də çıxış edir. Komanda ilə birlikdə iki dəfə Fransa çempionu, bir dəfə ölkə kubokunun qalibi olub. Yarımmüdafiəçi daha əvvəl "Napoli", "Elçe" və "Betis"də çıxış edib.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir