"Everton" "Napoli"nin futbolçusu Yesper Lindströmü icarəyə götürüb.
"İki sahil"ə klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi 2024/2025 mövsümünü icarə əsasında Premyer Liqa təmsilçisində keçirəcək. "Everton"un gələn ilin yayında danimarkalı oyunçunun birdəfəlik almaq hüququ var.
Qeyd edək ki, Yesper Lindström "Napoli"nin heyətində 29 oyuna çıxıb.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir