26 iyul 2024 18:45
266

Drondan istifadə etdi, istefaya göndərildi

Paris-2024-də iştirak edən Kanadanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Beverli Priston istefaya göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə Kanada Futbol Federasiyasının saytı məlumat yayıb. Buna Pristonun Yeni Zelandiya ilə matç öncəsi rəqibin məşqini izləmək üçün dronlardan istifadə etməsi səbəb olub. Mütəxəssisi Olimpiadada Endi Spens əvəzləyəcək.

Qeyd edək ki, A qrupunda keçirilən matçda Kanada Yeni Zelandiyanı 2:1 hesablı məğlub edib.