Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında küçə skeytbordinq yarışının ilkin və final mərhələsi təxirə salınıb.
“İki sahil” xəbər verir ki, buna əlverişsiz hava şəraiti səbəb olub.
Bu gün baş tutmalı olan mübarizə iyulun 29-da gerçəkləşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir