Tapança atıcılığı üzrə ixtisaslaşmış gürcü idmançı Nino Salukvadze Olimpiya Oyunlarında iştirak sayına görə rekordu təkrarlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Championship.com saytı məlumat yayıb.
2024-cü il Yay Olimpiya Oyunları idmançının onuncu oyunu idi. Tarixdə 10 dəfə Olimpiadada iştirak edən ilk idmançı kanadalı tullanma üzrə mütəxəssis Yan Millar olub. O, sonuncu dəfə 2012-ci ildə London Olimpiya Oyunlarında çıxış edib.
Gürcü idmançı Parisdə keçirilən Olimpiya Oyunlarında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında finala çıxa bilməyib.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-da başlayıb, avqustun 11-dək davam edəcək.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir