UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Sabah" - "Makkabi” (Hayfa, İsrail) oyununa bilet satışı davam edir.
“İki sahil” xəbər verir ki, "Sabah"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna 2500 bilet satılıb.
Biletləri “iticket.az” saytından, həmçinin “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək olar.
Qeyd edək ki, iyulun 1-də “Bank Respublika Arena”da keçiriləcək "Sabah" - "Makkabi" matçı saat 20:00-da başlayacaq. "Sabah” ilk oyunda İsrail klubunu 3:0 hesabıyla məğlub edib.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir