Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərovun Azərbaycana qayıdacağı tarix bəlli olub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Bildirilib ki, Olimpiya çempionu avqustun 3-ü və ya 4-ü ölkəmizə gələcək: “Amma tarix dəyişə də bilər”.
Həmçinin onun bu gün qayıtdığına dair sosial şəbəkələrdə yayılan videonun köhnə olduğu qeyd olunub.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir