Sevinirəm ki, təcrübəli idmançını mübarizədən kənarlaşdıra bildim.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan boksçusu Murad Allahverdiyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarındakı ilk görüşü ilə bağlı danışarkən deyib.
O, 1/8 finalda qələbə qazandığı qarşılaşmanı şərh edib:
"Bu gün məğlub etdiyim rəqib üçqat Olimpiya oyunlarının iştirakçısıdır. Sevinirəm ki, belə bir təcrübəli idmançını mübarizədən kənarlaşdıra bildim. Düşünürəm ki, yaxşı mübarizə apardım. Bildiyiniz kimi növbəti mərhələdə rəqibim qazaxıstanlı olacaq. Yəqin ki, hansı boksçu yarışa daha yaxşı hazırlaşsa, o da, qalib olacaq".
Qeyd edək ki, M.Allahverdiyev 1/8 finalda misirli Abdelrahman Abdelqavvada qalib gəlib. Onun 1/4 finaldakı rəqibi qazaxıstanlı Nurbek Oralbay olacaq.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir