Azərbaycan millisinin futbolçusu Renat Dadaşov yenidən karyerasını Türkiyədə davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə yerli "Sports Digitale" məlumat yayıb.
I Liqa təmsilçisi "Erzurumspor" 25 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.
Artıq oyunçunu icarəyə götürmək üçün İsveçrənin "Qrasshopper" klubu ilə danışıqlara da star verilib.
Qeyd edək ki, Renat Dadaşov ötən mövsüm icarə əsasında "Hatayspor"un formasını geyinib. Onun İsveçrə təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir