Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci oyununu keçirib.
“İki sahil” xəbər verir ki, 37 yaşlı təcrübəli idmançı 1/8 final mərhələsində Almaniya təmsilçisi Dominik Kyopferlə üz-üzə gəlib.
Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (7:5, 6:3). O, 1/4 finalda yunanıstanlı Stefanos Tsitsipasla görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir