Son olaraq İngiltərənin "Liverpul" klubunu çalışdıran Yürgen Klopp məşqçilik karyerasını sonlandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə 57 yaşlı mütəxəssis "Sky Sports"a müsahibəsində bildirib.
Almaniyalı çalışdırıcı gələcəkdə fikrinin dəyişə biləcəyini istisna etməyib.
Qeyd edək ki, Klopp məşqçilik karyerası ərzində "Liverpul"dan başqa Almaniyanın “Maynts” və “Borussiya” (Dortmund) klublarında fəaliyyət göstərib.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir