Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
“İki sahil” xəbər verir ki, yığma III turda Fransa ilə qarşılaşıb.
Görüş komandamızın 10:15 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, seçməmiz ilk turda Ispaniyaya 16:18 hesabı ilə uduzub. Növbəti qarşılaşmada isə ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib. Azərbaycanın növbəti görüşü Almaniya millisinə qarşı olacaq.
Böyük Britaniya Olimpiya Oyunlarını keçirmək üçün 7 milyon funt sterlinq ayırmağı planlaşdırır
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir