03 avqust 2024 02:29
560

Şokoladların tərkibində ağır metallar var?

“Frontiers in Nutrition” jurnalında dərc edilən araşdırma göstərir ki, bəzi şokoladların və kakao əsaslı məhsulların tək porsiyalarında aşkar edilən ağır metalların konsentrasiyası yüksək olub. Ancaq əksər hallarda istehlakçıların sağlamlığı üçün risk yaratmaq üçün bu nisbət çox aşağıdır.

 Tədqiqatçılar bildiriblər ki, məhsullar bir porsiya kimi istehlak edildikdə problem yoxdur, lakin gündə birdən çox porsiya istehlakı və ya dəniz məhsulları və yuyulmamış qəhvəyi düyü kimi ağır metalların digər mənbələri ilə birlikdə istehlak tövsiyələri üstələyən məruz qalmaya səbəb ola bilər.

Bəzi istehlakçı qrupları və müstəqil sınaq agentlikləri əvvəllər tünd şokolad kimi kakao məhsullarında ağır metallarla çirklənmə barədə məlumat vermişdilər. Mümkün səbəblər kakaonun yetişdirildiyi torpaq növü və sənaye emalıdır.

Corc Vaşinqton Universiteti Tibb Məktəbinin və “ConsumerLab.com”un tədqiqatçıları analiz etdikləri 72 kakao tərkibli məhsuldan 70-nin Qida və Dərman İdarəsi (FDA) tərəfindən qurğuşun çirklənməsi üçün müəyyən edilmiş həddən aşağı göstərici göstərdiyini açıqlayıblar.

Kaliforniya ştatı tərəfindən müəyyən edilmiş daha sərt tədqiqatlar zamanı 72 məhsuldan 31-i qurğuşun, 37 məhsuldan 13-ü isə kadmium üçün limitləri keçib.

 Xatırladaq ki,şokoladın tövsiyə edilən tək porsiyonu təxminən 1 unsiya ilə 2 unsiya arasındadır (30 qramdan 60 qrama qədər).

"Əgər çirklənmiş məhsullar bütövlükdə az miqdarda və nadir hallarda əksəriyyət tərəfindən istehlak edilirsə, bu çirkləndiricilər ictimai sağlamlıq problemi ola bilməz", -deyə istehlakçı məhsullarının daha çox sınaqdan keçirilməsi çağırışı ilə yekunlaşan məqalədə bildirilib.

Uzun müddət davam edən tədqiqat 2014, 2016, 2019 və 2022-ci illərdə dörd fərqli qrupda qurğuşun, kadmium və arsen kimi ağır metallarla potensial çirklənmə üçün 72 məhsulu təhlil edib.

 Sınaq edilən hər bir metalın orta konsentrasiyası aşağı olub.

 Bununla belə, sınaqdan keçirilmiş bəzi məhsulların istehlakı və ya gündə birdən çox porsiyanı qeyri-kakaodan əldə edilən mənbələrlə birlikdə istehlak etmək Prop 65-i (məhdudiyyətləri) aşan məruz qalmaya səbəb ola bilər.

Tədqiqatçılar Kaliforniya qanunvericiliyindən istifadə ediblər, çünki həmin qanunvericilik sınaqdan keçirilmiş üç növ ağır metal üçün çirklənməyə məhdudiyyətlər qoyur, FDA qaydaları isə yalnız qurğuşun üçün məhdudiyyətlər qoyur.

Nubar Süleymanova, “İki sahil”