Sankt-Peterburqda təhlükəsizlik qüvvələri sürücülük vəsiqəsi imtahanlarında vasitəçilik etdiyi iddia edilən məmurları saxlayıb. Bundan əvvəl şəhərdəki 50 sürücülük məktəbinin rəhbərinin korrupsiya sxeminə cəlb olunduğu müəyyən edilib.
“İki sahil” xəbər verir ki, bu haqda “Kommersant” məlumat yayıb.

Qeyd edilir ki, təqsirləndirilən şəxslər, müstəntiqlərin fikrincə, imtahanlardan maneəsiz keçmək müqabilində Dövlət Yol Müfəttişliyinin rayonlararası Qeydiyyat və İmtahan İdarəsinin (MREO) əməkdaşlarına pul köçürüblər.
Şübhəlilərin saxlanılması əməliyyatını polisin təhlükəsizlik bölməsi həyata keçirib. Əməliyyatçılar tərəfindən toplanmış materiallar Rusiya Federasiyasının İstintaq Komitəsinə təhvil verilib. Hazırda cinayətdə şübhəli bilinən digər şəxslər axtarılır.
Türkiyədə aralarında hərbçilərin də olduğu 22 nəfər FETÖ ilə əlaqədə şübhəli bilinərək saxlanılıb
BMT: Süni intellektin inkişafı həddindən artıq muxtariyyətə malik silahların yaranmasına səbəb ola bilər