Avqustun 16-da Şəki və Oğuz rayonlarında Aqrar Biznes Festivalı və mövsümün ilk toxum sərgi-satış yarmarkaları keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyinin sədri Mədinə Əliyeva bildirib.
"Yarmarkanın keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir. Yarmarkada dənli (arpa, buğda), həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdiriləcək. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumatlar veriləcək. Fermerləri və toxumçuları yarmarkalarda fəal iştirak etməyə çağırırıq", - deyə o qeyd edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır