28 avqust 2024 08:18
413

Elçin Əmirbəyov Koreya Respublikasının rəsmiləri ilə görüşüb

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Koreya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Koreyada Respublikasındakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, Elçin Əmirbəyov Koreya Respublikasının xarici işlər naziri Ço Tae-yul, həmçinin Milli Məclisin üzvləri və digər dövlət qurumlarının yüksəksəviyyəli nümayəndələri ilə ikitərəfli münasibətlər, Azərbaycanla Ermənistan arasında sülh prosesi, eləcə də Bakıda keçiriləcək COP29 barədə fikir mübadiləsi aparıb.