28 avqust 2024 13:26
254

Mikayıl Müşfiq küçəsində hərəkət tam məhdudlaşdırılacaq - BU TARİXDƏN

Sabah Mikayıl Müşfiq küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“İki sahil” xəbər verir ki, 29 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.