Həm müdafiədə, həm də hücumda zəif oynadıq.
“İki sahil” xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının V turun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
72 yaşlı mütəxəssis qarşılaşmaya yaxşı start vermədiklərini bildirib:
"Oyuna pis başladıq. İlk 10-15 dəqiqədə üstünlüyü rəqibə vermişdik. Daha sonra oyunumuzu yaxşılaşdırdıq. Daha çox qol vura bilərdik. İkinci hissədən ümumiyətlə razı qalmadım. Həm müdafiədə, həm də hücumda zəif oynadıq. Səbəbini araşdıracağıq".
Qeyd edək ki, ölkə çempionatının V turunda "Turan Tovuz" doğma meydanda "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb