“Kəpəz”ə yeni baş məşqçi təyin edilib.
“İki sahil” xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
“Sarı-göylər"i Azər Bağırov çalışdıracaq. 40 yaşlı mütəxəssis ilə 2 illik müqavilə imzalanıb.
Azər Bağırov son olaraq "Araz-Naxçıvan" klubunda fəaliyyət göstərib.
Xatırladaq ki, Gəncə təmsilçisi avqustun 29-da baş məşqçisi Adil Şükürovu uğursuz nəticələrə görə istefaya göndərib. Hazırda "Kəpəz" Premyer Liqada 10 komanda arasında sonuncu yeri tutur. Komanda bu mövsüm keçirdiyi 5 oyunun hamısında uduzub.
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb